2 C
Baku
Saturday, December 14, 2024

“Günay Sığorta”nın İdarə Heyətində təyinat

“Günay Sığorta” ASC-nin İdarə Heyətindəki dəyişikliklər davam edir.

Banker.az xəbər verir ki, bu günə qədər Biznesin inkişafı departamentinin vəzifəsində olan Səidə Fətullazadə “Günay Sığorta”nın İdarə Heyəti üzvi təyin edilib.

S.Fətullazadə cari ilin iyulunda Biznesin inkişafı departamentində direktor təyin edilib. Buna qədər isə Marketinq və ictimai əlaqələr departamentində menecer kimi çalışırdı.

Bu sığorta şirkətində İdarə Heyətində yer dəyişmələr artıq son illərdə tez-tez baş verir. Bu il ərzində isə İdarə Heyəti sədri olmuş Aqşin Cahangirovun tərk edərək, yerinə Sabir Quliyevin təyin olunmasını və İlkin Mirzəyevin isə sədr müavini kimi şirkəti tərk edilməsini misal göstərmək olar.

“Günay Sığorta”nın İdarə Heyətinin digər üzvləri də vəzifələrini tərk edib.

Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 milyon manatdır. Şirkətin səhmlərinin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya (“Günay Bank” ASC-nin 38,94%-lik səhmdarı), 28,06%-i isə Mahmud Məmmədova (“Günay Bank”ın 52,13%-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər