10 C
Baku
Thursday, December 26, 2024

“Günay Sığorta”nın təsisçisi Azad Cavadovu işdən azad etdi

“Günay Sığorta” şirkətinin Direktorlar Şurası sədrinin müşaviri vəzifəsindən kənarlaşdırılıb.

Banker.az “Fed.az”a istinadən xəbər verir ki, “Günay Sığorta” şirkətinin Direktorlar Şurasının sədri Mahmud Məmmədov özünə müşavir təyin etdiyi Azad Cavadovu vəzifəsindən uzaqlaşdırıb.

Şirkətdən bildirilib ki, A.Cavadovun yerinə “Günay Bank”da işləmiş yeni əməkdaş təyin edilib.

Qeyd edək ki, Azad Cavadov “Günay Sığorta” şirkətində satış sahəsinin kuratoru olub.

Xatırladaq ki,  A. Cavadov 2007-2017-ci illərdə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru işləyib.

2017-ci il avqustun 1-də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə A.Cavadov Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsindən azad edib.

MənbəFed.az
Son xəbərlər
Digər xəbərlər