1 C
Baku
Saturday, December 14, 2024

“Günay Sığorta”nın yeni sədri Mərkəzi Bankda attestasiyadan keçəcək

23 dekabrda sığorta sahəsi üzrə Azərbaycan Mərkəzi Bankında (AMB) attestasiyalar keçiriləcək.

Banker.az xəbər verir ki, attestasiyada “Günay Sığorta”nın İdarə Heyətinin yeni sədri Hikmət Salmanov iştirak edəcək.

Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 4.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,1 milyon manatdır. Şirkətin səhmdarları Yeganə Şirinova (“Günay Bank”ın 41,15 %-lik səhmdarı), Mahmud Məmmədov (“Günay Bank”ın 58,22 %-lik səhmdarı və Müşahidə Şurasının sədri) və “Günay Bank”dır.

 

Son xəbərlər
Digər xəbərlər