24 C
Baku
Monday, April 29, 2024

Gündüz Rzayev sığorta şirkətinin Direktorlar Şurasının üzvü seçilib

“Meqa Sığorta” ASC-nin sabiq baş mühasibi rəhbərliyə təyinat alıb.

Banker.az xəbər verir ki, səhmdarların qərarı ilə Gündüz Rzayev Səməd oğlu sığorta şirkətinin Direktorlar Şurasının üzvü seçilib.

O, bu vəzifədə Səadət Əsədova Daşdəmir qızını əvəz edib.

Gündüz Rzayev şirkətin baş mühasibi vəzifəsində çalışırdı.

Xatırladaq ki, “Meqa Sığorta” ASC 2010-cu ildə təsis edilmiş və 7 fiziki şəxsə məxsusdur (Rauf Əliyev 19%, Nəzakət İsmayılova 19%, Zaur Quliyev 19%, Yaşar Qurbanov 14%, Zeynal Əliyev 10%, Faiz Şahəliyev 10%, Yaşar Əliyev 9%).

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər