Azərbaycanda fəaliyyət göstərən Gürcüstan bankının törəmə təşkilatı “TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC (TBC Kredit) nizamnamə kapitalını 1,55 milyon manat və ya 18% artırıb.
Banker.az saytının əldə etdiyi məlumata görə, bu artırmadan sonra BOKT-un nizamnamə kapitalı 8,45 milyon manatdan 10 milyon manata çatdırılıb.
Xatırladaq ki, TBC Kredit 1999 -cu ildən ölkənin maliyyə bazarının iştirakçısıdır və nizamnamə kapitalının 100%-i Gürcüstan Respublikasında fəaliyyət göstərən “TBC Bank”a məxsudur.
BOKT 2018-ci il ərzində 1,88 milyon manatlıq xalis mənfəət əldə edib. 1 yanvar 2019-cu il tarixinə olan audit hesabatına görə “TBC Kredit” 23,55 milyon manatlıq aktivlərə sahibdir.