36 C
Baku
Tuesday, August 16, 2022

Gürcülər və ukraynalılar vizasız Avropada

Strasburqda Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsinin toplantısı keçirilib.

“Bloomberg” xəbər verir ki, toplantıda Gürcüstan, Ukrayna və Kosovonun viza sərbəstliyi üçün tələb olunan şərtləri yerinə yetirdikləri və tezliklə Avropa Birliyi ölkələrinə vizasız səyahət edə bilən ölkələr siyahısına əlavə olunması istiqamətində fikir bildirilib.

Komitədə keçirilən səsvermədə Ukraynaya viza sərbəstliyi üçün 42 səs lehinə, 3 səs əleyhinə çıxıb, 6 səs bitərəf olub. Gürcüstan üçün bu göstərici 43 lehinə, 5 əleyhinə, 3 bitərəf, Kosovo üçün isə 38 lehinə, 7 əleyhinə və 6 bitərəf olub.

Xarici Əlaqələr Komitəsinin hesabatı AP Mülki Azadlıqlar Komitəsinə göndəriləcək və sentyabr ayında burada müzakirə olunub qiymətləndiriləcək. Ukrayna, Gürcüstan və Kosovoya viza sərbəstliyi qərarının bu il ərzində çıxması gözlənilir.

-Publika.az

Son xəbərlər
Oxşar xəbərlər