Onların cinayət əməllərini təsdiqləyəcək kamera görüntüləri də əldə edilib.
Türkiyədə 4 nəfər Gürcüstan vətəndaşı soyğunçuluqda şübhəli bilinərək polis tərəfindən saxlanılıb. İstanbulun 3 müxtəlif rayonlarında 1 milyon lirədən (322 000 azn) artıq pul oğurlayan gürcülər alış-veriş mərkəzlərindən birində şübhəli hərəkətlər etdiyi üçün təhlükəsizlik işçilərinin diqqətini çəkib və polis tərəfində saxlanılaraq şöbəyə aparılıb.
Şübhəlilər haqqında aparılan araşdırmalardan və izahatları alınandan sonra onların silah gücü ilə bir neçə yerdə bank soyduqları, vətəndaşları hədələməklə pullarını mənimsədikləri məlum olub. Hətta soyğunçuların cinayət əməllərini təsdiqləyəcək kamera görüntüləri də əldə edilib.
Polis idarəsi araşdırmalardan sonra saxlanılan 4 gürcüdən birini deportasiya edib, üçünü isə törətdikləri cinayət faktlarına görə təqsirkar bilərək saxlamalı olub.
Mənbə: anspress