25 C
Baku
Monday, April 29, 2024

Gürcüstan 2023-cü ildə müdafiə xərclərini artıracaq

Gürcüstanın 2023-cü ildə müdafiə xərcləri 1 milyard 260 milyon lari təşkil edəcək.

Bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ölkənin ictimai televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, cari ilin sonuncu rübündə nazirliyin büdcəsi 10 faiz və ya 80 milyon dollar artırılıb. Gələn ilin dövlət büdcəsində isə müdafiə xərclərinin daha 260 milyon lari (təqribən 93 milyon ABŞ dolları) artırılması nəzərdə tutulub. Gələn ilin dövlət büdcəsində müdafiə xərcləri 1 milyard 260 milyon lari nəzərdə tutulub ki, bu da cari ilin təsdiq olunmuş büdcəsindən 257.6 milyon lari çoxdur. Artım qarşıdakı illərdə də davam edəcək.

C.Burçuladze bildiirb ki, nazirlik ilk növbədə, kibertəhlükəsizliyin idarə olunması sistemini yaradacaq. Bununla əlaqədar Böyük Britaniya və digər tərəfdaşlar ölkələrlə tədbirlər görülür.

Gələn il kibertəhlükəsizlik məsələləri üçün büdcədən 5 milyon lari (1.8 milyon dollar) vəsait ayrılacaq. Kibertəhlükəsizlik sisteminin qurulması üçün qrant və digər şəkildə əlavə vəsaitlər də cəlb olunacaq.

Nazirin sözlərinə görə, müdafiə xərclərinin artırılması nazirliyə silahlı qüvvələrin modernləşdirilməsi ilə bağlı yeni layihələrə başlamağa imkan verəcək.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər