21 C
Baku
Monday, August 15, 2022

Gürcüstan Avropa İttifaqından imtina edə bilər

Gürcüstan namizəd statusu ədalətsiz şərtlərlə verilərsə, Avropa İttifaqından imtina etməli olacaq.

Bu barədə jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin Səhiyyə və Sosial Məsələlər Komitəsinin rəhbəri Dmitri Xundadze bildirib.

O, ötən gün Avropa Parlamentinin Gürcüstanda medianın vəziyyəti ilə bağlı qəbul etdiyi qətnaməni kəskin tənqid edib.

Xatırladaq ki, Avropa Parlamentinin Gürcüstan əleyhinə hazırladığı sənəddə hakim Gürcü arzusu – Demokratik Gürcüstan partiyasının yaradıcısı, sabiq baş nazir Bidzina İvanişviliyə qarşı şəxsi sanksiyaların tətbiqi tələb edilib. Qətnamə, həmçinin Gürcüstan hakimiyyətini eks-prezident Mixail Saakaşvilini və “Mtavari Arxi” telekanalının keçmiş baş direktoru Nika Qvaramiyanı həbsdən azad etməyə çağırır.

Son xəbərlər
Oxşar xəbərlər