Gürcüstan Azərbaycana və Ermənistana öz ərazisindən hərbi yüklərin daşınmasına qadağa qoyub.
Bu barədə ölkənin Milli Təhlükəsizlik Şurasının katibi, daxili işlər naziri Vaxtanq Qomelauri açıqlama verib.
“Azərbaycanla Ermənistan arasında gedən hərbi əməliyyatlara görə, Gürcüstan hərbi təyinatlı yüklərin öz ərazisindən bu ölkələtə aparılmasına müvəqqəti qadağa qoyub”-deyə açıqlamada deyilir.