15 C
Baku
Friday, March 29, 2024

Gürcüstan Azərbaycandan 2.6 min ton aviasiya kerosini idxal edib

Bu ilin yanvar-sentyabr ayları ərzində Gürcüstan Azərbaycandan 2.6 min ton aviasiya kerosini idxal edib.

Bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinin məlumatında bildirilib. Qeyd olunub ki, Azərbaycandan idxal Gürcüstanın ümumi aviasiya kerosini idxalının 2.7%-ni təşkil edib.

Hesabat dövründə Gürcüstan Türkmənistandan 56.4 min ton (59.6%), Türkiyədən 17.8 min ton (18.8%), Yunanıstandan 13.1 min ton (13.8%), Misirdən 4.8 min ton (5.1%) aviasiya kerosini idxal edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər