19 C
Baku
Thursday, May 2, 2024

Gürcüstan Azərbaycandan neft idxalını 90%-dək artırıb

2023-cü ildə Gürcüstan Azərbaycandan 95,444 milyon ABŞ dolları dəyərində 112 388,42 ton neft idxal edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, ötən il Azərbaycandan idxal edilən neftin dəyəri illik müqayisədə 44,006 milyon dollar və ya 85,55%, həcmi isə 53 115,37 ton və ya 89,6% artıb. 2022-ci ildə Gürcüstan Azərbaycandan 51,437 milyon dollar dəyərində 59 273,05 ton neft idxal edib.

Gürcüstan isə 2023-cü ildə Azərbaycana 15,866 milyon ABŞ dolları dəyərində 12 425,46 ton neft ixrac edib. Ötən il Gürcüstanın Azərbaycana ixrac etdiyi neftin dəyəri illik müqayisədə 1,971 milyon dollar və ya 11% azalıb, həcmi isə 650, 89 ton və ya 5,52% artıb. 2022-ci ildə Gürcüstan Azərbaycana 17,837 milyon dollar dəyərində 11 774,57 ton neft ixrac edib.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər