23 C
Baku
Thursday, April 25, 2024

Gürcüstan bankının Azərbaycandakı kredit biznesi kiçilir

Gürcüstan bankının Azərbaycandakı bank olmayan kredit təşkilatı “TBC Kredit BOKT” MMC 2020-ci il ərzində aktivlərini 3 milyon 217 min manat, yaxud 20% azalıb.

Banker.az xəbər verir ki, bu barədə BOKT-un audit hesabatında bu deyilir.

1 yanvar 2021-ci il tarixinə “TBC Kredit BOKT”un aktivlərinin həcmi 12 milyon 818 min manat olub. Aktivlərinin azalması əmlak və avadanlıqları, müştərilərə verdiyi kredit portfelinin kiçilməsindən əmələ gəlib.

Aktivlərinin 11 milyon 49 min manatı müştərilərə verdiyi kredit (ilik müqayisədə 12% azalma), əmlakının həcmi isə 75% azalma ilə 405 min manata qədər azalmışdır.

“TBC Kredit BOKT”un öhdəliklərinin həcmi kəskin azalma ilə – 8 milyon 477 min manatdan 4 milyon 870 min manata qədər düşüb. Öhəliklərinin kiçilməsi, lizinq borclarının 1 milyon 353 min manatdan 248 min manata qədər, bank borclarının 6 milyon 875 min manatdan 3 milyon 731 min manata düşməsi hesabına baş verib. Bundan əlavə BOKT-un 594 min manat müddətli borcu yaranıb.

GƏLİRLƏR AZALIB

“TBC Kredit BOKT” 2020-ci ildə 2 milyon 218 min manat faizdən gəlirlər əldə edib. Bu da illik müqayisədə 28% azalma deməkdir. Beləliklə 2020-ci il üzrə 390 min manat xalis mənfəət əldə edib (2019: 248 min manat).

Bu xalis mənfəətdən sonra BOKT-un illərdən yığılmış zərərinin həcmi 895 min manatdan 505 min manata düşüb.

Bu kəsir hazırda nizamnamə kapitalı 8 milyon 453 min manatlıq nizamnamə kapitalı olan BOKT-un cəmi kapitalını 7 milyon 948 min manatda saxlamaqdadır.qeq4q 234234

Xatırladaq ki, BOKT 1999-cu ildə yaradılıb və 8 milyon 453 min manatlıq kapitalı bütünlüklə Gürcüstanın “TBC  Bank”ına məxsudur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər