25 C
Baku
Monday, April 29, 2024

Gürcüstan bu il Azərbaycandan 3 mlrd. kubmetrdən artıq qaz idxal edəcək

Gürcüstan hakimiyyəti bu il Azərbaycandan qaz idxalını artırmaq niyyətindədir. Ümumi həcmin 3 mlrd. kubmetrdən çox olacağı gözlənilir.

Bu, ölkənin təbii qaz üzrə dövlət balansında nəzərdə tutulub.

Məlumata görə, Gürcüstan bu il 3 mlrd. 217 mln. yanacaq idxal etməyi planlaşdırır. Bunun 200 mln. kubmetri Rusiyadan tədarük ediləcək.

Bildirilir ki, balansda 3 mlrd. 231 mln. kubmetr qazın istehlakı nəzərdə tutulub, bunun da 99%-i idxal olunacaq.

Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ilin yanvar- noyabr aylarında Azərbaycandan Gürcüstana 2.5 mlrd. kubmetr qaz ixrac olunub.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər