22 C
Baku
Thursday, April 18, 2024

Gürcüstan hökumətində struktur dəyişiklikləri gözlənilir

“Gürcüstan hökumətində bəzi struktur dəyişikliklərinin olacağı istisna olunmur”.

Bu barədə Gürcüstan parlamentinin spikeri Arçil Talakvadze bildirib.

Onun sözlərinə görə, kiçik hökumət modeli saxlanılacaq: “Bəzi struktur dəyişiklikləri ilə bağlı müzakirələr aparılacaq. Məsələn, mədəniyyət sahəsində dəyişiklik ola bilər. Lakin bu, kifayət qədər mürəkkəb qanunvericilik və büdcə dəyişiklikləri tələb edir. Hakim komandada bu məsələ ilə bağlı müxtəlif mövqelər var və biz müzakirələrin nəticələri barədə ictimaiyyət və mətbuatı məlumatlandıracağıq”.

Qeyd edək ki, Gürcüstanın hazırkı hökuməti 10 nazirlik və 1 dövlət naziri aparatından ibarətdir.

Son xəbərlər
Digər xəbərlər