21 C
Baku
Monday, April 29, 2024

Gürcüstan ilə Polşa birlikdə PUA istehsal edəcək

Gürcüstan Polşa ilə birgə pilotsuz uçuş aparatları istehsal edəcək.

Bu barədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze parlamentdə illik hesabatla çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, yaradılmış Gürcüstan-Polşa birgə müəssisəsi qırıcı və kəşfiyyat PUA-larının istehsalını həyata keçirəcək.

Nazir müəssisənin müasir texnologiyalarla təchiz ediləcəyini, nəzdində təlim mərkəzinin də yaradılacağını deyib.

C.Burçuladze qeyd edib ki, ilin sonunadək “Delta Vebe” şirkəti Gürcüstan istehsalı olan PUA-lar buraxacaq.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər