6 C
Baku
Sunday, December 15, 2024

Gürcüstan iqtisadi artımının 4.3% olacağını proqnoz edir

“Gürcüstanın 2021-ci il üçün dövlət büdcəsində ölkədə iqtisadi artım proqnozu 4.3% müəyyən edilib”.

Banker.az xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri İvane Maçavariani bildirib.

Nazirin sözlərinə görə, əvvəlcə gələn il üçün 5%-lik iqtisadi artım proqnozlaşdırılsa da, koronavirus (COVID) pandemiyasının güclənməsi proqnoza yenidən baxmaq zərurəti yaradıb.

O, büdcənin yenilənmiş versiyasının noyabrın 30-na qədər parlamentə təqdim olunacağını da qeyd edib.

Hazırda bu ölkədə koronavirus pandemiyası səbəbindən ölkənin sərhədlərinə tətbiq etdiyi məhdudiyyət səbəbindən turist axını kəskin düşüb, ixrac azalıb. Nəticədə milli valyuta lari ucuzlaşmaqdadır.

Son xəbərlər
Digər xəbərlər