2019-cu ilin sentyabr ayında Gürcüstanda ümumi daxili məhsulun (ÜDM) real artım tempi ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% təşkil edib.
Banker.az bildirir ki, bu barədə Milli Statistika İdarəsinin hesabatında bildirilir.
Bu ilin III rübündə isə ölkədə ÜDM-in orta artım tempi 5,7%, 9 ayında isə 5% olub.
Sentyabrda tikinti, nəqliyyat, ticarət, hotel və restoranlar, istehsal sahəsində artım, dağ-mədən sənayesi, ictimai, sosal və fərdi xidmət sahlərində isə azalma qeydə alınıb.