12 C
Baku
Saturday, November 23, 2024

Gürcüstan istehlak etdiyi buğda ununun 99 faizini Rusiyadan alıb

Gürcüstan bu ilin birinci yarısında istehlak etdiyi buğda ununun 99 faizini, buğdanın isə 86 faizini Rusiyadan alıb. Cari ildə Rusiyadan un alınması kəskin artıb. Buğda alınması isə xeyli azalıb.

Bununla da Rusiya Gürcüstanın buğda unu və taxıl tədarükündə yeganə monopolist ölkə olub.

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, cari ilin yanvar-iyul ayları ərzində Gürcüstan Rusiyadan 17 milyon ABŞ dolları dəyərində 48.3 min ton buğda alıb.

Hesabat dövründə Gürcüstana 36.2 milyon dollar dəyərində 95.725 min ton un gətirilib. Bunun da demək olar ki, 99 faizi Rusiyadan alınıb.

Keçən 2021-ci ilin eyni dövrü ilə müqayisədə un idxalı 895.6 faiz, pulla ifadədə isə 1174.6 faiz artıb.

Gürcüstanın un idxal etdiyi ölkələr sırasında Türkiyə, İtaliya, Qazaxıstan və digər ölkələr də yer alıb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər