12 C
Baku
Saturday, November 23, 2024

Gürcüstan Milli Bankı qızılla vəsait saxlamır

Cari ilin birinci yarısında Gürcüstanın beynəlxalq valyuta ehtiyatları artaraq 5 066.7 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Gürcüstan Milli Bankının saytında məlumat yerləşdirilib.

Bildirilir ki, iyun ayında ölkənin beynəlxalq valyuta ehtiyatları 65.3 milyon dollar, ilin əvvəlindən isə 165.2 milyon dollar artıb. Analitiklərin fikrincə, ehtiyatların həcminin dəyişməsi hökumətin və bank sektorunun valyuta əməliyyatları, həmçinin Gürcüstan Milli Bankının valyuta alması ilə bağlıdır.

Gürcüstanın xarici valyutaya çevrilən beynəlxalq ehtiyatlar Milli Bankın ehtiyatlarının əsas hissəsini təşkil edir və 4.6 milyard dollar təşkil edir.

Valyuta ehtiyatlarının strukturunda digər aktivlərin dəyəri 658.6 min dollardır.

Gürcüstan Milli Bankı qızılla vəsait saxlamır.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər