6 C
Baku
Sunday, December 15, 2024

Gürcüstan Prezidenti Rusiyanın Ukraynaya son raket hücumunu pisləyib

Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə və vilayətlərinə son raket hücumunu pisləyib.

O, tviterdə yazıb:

“Bu, dəhşətli xəbərdir. Mülki insanlara qarşı hücum qorxu yaratmaq cəhdidir. Amma dünya Ukrayna xalqının qətiyyətini gördü”.

S.Zurabişvili Gürcüstan dövləti və xalqının Ukraynanın yanında olduğunu bir daha xatırladıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib. Raketlərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb. Məlumata görə, təkcə Kiyevdə 8 nəfər ölüb, 30 nəfər yaralanıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər