27 C
Baku
Sunday, April 28, 2024

Gürcüstan Rusiya aviaşirkətinə iki dəfə rədd cavabı verib

Gürcüstan İqtisadiyyat Nazirliyinin Mülki Aviasiya Agentliyi “Rossiya” aviaşirkətinin ölkələrarası birbaşa uçuşlar həyata keçirmək istəyinə iki dəfə rədd cavabı verib.

Bu barədə idarənin Mətbuat Xidməti məlumat yayıb.

“Bu il mayın 16-da agentlik “Rossiya”nın Moskva-Tbilisi-Moskva istiqamətində müntəzəm reyslərin yerinə yetirilməsi ilə bağlı müraciətini təmin etməyib. Sentyabrın 14-də şirkət agentliklə yenidən əlaqə saxlayıb, lakin bu dəfə Moskva-Tbilisi-Moskva, Moskva-Batumi-Moskva və Sankt-Peterburq-Tbilisi-Sankt-Peterburq istiqamətləri üzrə müntəzəm uçuşlar həyata keçirmək üçün icazə istəyib. Elə həmin gün aviaşirkətin təklifindən imtina edilib”, – məlumatda deyilir.

Mülki Aviasiya Agentliyi aydınlaşdırıb ki, imtina “Rossiya”nın Avropa İttifaqının qara siyahısına salınması ilə bağlı olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər