Gürcüstan səfiri Ukrayna Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə Ukrayna XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün səfir Georgi Zakaraşvili Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin vəziyyətinin xeyli pisləşməsi ilə bağlı Ukrayna Prezidentinin etirazının çatdırılması üçün Nazirliyə dəvət olunub.
Gürcü diplomatın diqqətinə çatdırılıb ki, Ukrayna vətəndaşı olan Mixail Saakaşviliyə qarşı bu münasibət qətiyyən yolverilməzdir.
Bildirilib ki, Gürcüstan hakimiyyəti Ukrayna vətəndaşına qarşı bu hərəkəti dayandırmalıdır. Bununla əlaqədar Gürcüstanın Ukraynadakı səfiri Georgi Zakaraşvilinin mövcud vəziyyətin həlli yollarının tapılması istiqamətində məsləhətləşmələr aparmaq üçün Tbilisiyə getməsi tövsiyə olunub.
Kiyev Mixeil Saakaşvilinin müalicəsi üçün Ukraynaya aparılması məsələsini təcili müzakirə etməyə hazır olduğunu vurğulayıb.