6 C
Baku
Sunday, December 15, 2024

Gürcüstan sülhməramlıları Əfqanıstanı tərk edəcək

“Bu gün (dünən-red) NATO Əfqanıstandakı missiyasını bu ilin sentyabr ayınadək mərhələli şəkildə dayandırmağa qərar verib. Buna görə, NATO ilə razılaşdırılmış cədvələ əsasən Gürcüstan bölmələri də həmçinin Əfqanıstanı tərk edəcək”.

Bunları Gürcüstanın baş naziri İrakli Qaribaşvili feysbuk səhifəsində yazıb.

O bildirib ki, Gürcüstan strateji tərəfdaşı olan ABŞ ilə intensiv məsləhətləşmələr aparır və gürcü kontingenti razılaşdırılmadan sonra Əfqanıstandan çıxarılacaqlar.

Hökumət başçısı Gürcüstanın Avroatlantik inteqrasiyası prosesinə layiqli töhfə verən, mürəkkəb və məsuliyyətli missiyada iştirak edən hər bir gürcü hərbçiyə təşəkkür edib.

İ.Qaribaşvili vurğulayıb ki, Gürcüstan NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına (RSM) 2004-cü ildə qoşulub və 860 gürcü hərbçi hələ də Alyansın Əfqanıstandakı kontingentində xidmət edir.

Qeyd edək ki, NATO Əfqanıstandan bölmələrini bu ilin mayın 1-dən etibarən çıxarmağa başlayacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər