Fevralın 4-dən etibarən Gürcüstan və Türkiyə arasında Tbilisi-İstanbul-Tbilisi istiqaməti üzrə müntəzəm aviareyslərin həyata keçirilməsinə başlanılacaq.
Bu barədə Tbilisi beynəxalaq hava limanından bildirilib.
Məlumata əsasən, reysləri “Pegasus Airlines” aviaşirkəti həftədə 5 dəfə yerinə yetirəcək. Mart ayından isə uçuşların gündəlik həyata keçirilməsi planlaşdırılır.
Qeyd olunan tarixdən başlayaraq Ukraynanın “SkyUp Airlines” şirkəti də həftədə iki dəfə Kiyev-Tbilisi-Kiyev istiqaməti üzrə aviareyslərə start verəcək.