22 C
Baku
Thursday, May 2, 2024

Gürcüstan və Azərbaycan arasında yeni gömrük postu tikiləcək

Gürcüstan və Azərbaycan arasında İpək Yolu gömrük-keçid məntəqəsinin tikintisi Gürcüstan hökumətinin yeni fəaliyyət planında öz əksini tapıb. 

Bu barədə Gürcüstanın baş nazirliyə namizədi İrakli Kobaxidzenin ölkə parlamentinə təqdim etdiyi hökumət planında qeyd olunub.

Planda Gürcüstan və Azərbaycan arasında yeni birgə gömrük-keçid məntəqəsinin tikintisi üzrə fəal işin davam etdirilməsindən bəhs edilir.

Qeyd olunur ki, bu gömrük məntəqəsi iki ölkənin nəqliyyat-logistika potensialının inkişafına və regionda nəqliyyat-ticarət əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcək.

Plana əsasən, Şərq-Qərb istiqamətində yolların tikintisi davam etdiriləcək və işlər başa çatdıqdan sonra Tbilisidən Batumiyə gediş müddəti 3,5 saata enəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər