9 C
Baku
Wednesday, December 11, 2024

Gürcüstan vətəndaşlarının 64%-i ölkədə ABŞ hərbi bazasının açılmasını dəstəkləyir

“Edison Research” şirkətinin araşdırmasına görə, Gürcüstan vətəndaşlarının 64%-i ölkədə ABŞ hərbi bazasının açılmasının tərəfdarıdır.

Banker.az xəbər verir ki, bu barədə “Edison Research”ın vitse-prezidenti Nino Japaridze məlumat verib.

“Biz sualı bu şəkildə qoyduq: Gürcüstanda ABŞ hərbi bazasının açılmasının tərəfdarısınız, yoxsa yox? 64% bu fikri dəstəklədiyini, 36% isə bunun əleyhinə olduğunu bildirdi. Qeyd edim ki, ötən il ilə müqayisədə tərəfdarların sayı xeyli artıb”, – Nino Japaridze söyləyib.

Onun sözlərinə görə, keçən il hərbi bazanın açılmasını respondentlərin 51%-i dəstəkləyirdi. Japaridze bu mövzuda tərəfdarların sayının artmasını Dağlıq Qarabağ müharibəsinin alovlanması ilə əlaqələndirir.

“Bəlkə də bu kontekstdə Gürcüstan əhalisi təhlükəsizlikdə olduğunu hiss etmir”.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti administrasiyası Türkiyədəki aviabazasını Gürcüstana köçürmək niyyətində olduğunu açıqlamışdı. Bunun fonunda Vaşinqton və Ankara arasında müəyyən ziddiyyətlər yaranmışd

Son xəbərlər
Digər xəbərlər