25 C
Baku
Monday, April 29, 2024

Gürcüstan yanvarda Azərbaycandan $33 milyon məbləğində qaz idxal edib

Gürcüstan 2024-cü ilin yanvar ayında Azərbaycandan 287.1 milyon kubmetr qaz (206.7 min ton) idxal edib ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 20.2% azdır. Bu barədə Gürcüstan Milli Statistika Xidmətinin məlumatında bildirilir.

Statistik məlumatlara görə, hesabat dövründə Azərbaycandan Gürcüstana təxminən $33 milyon dəyərində qaz (azalma 41%) idxal edilib.

2023-cü ildə Gürcüstan Azərbaycandan təxminən $313.5 milyon dəyərində (azalma 9.2%) 2.5 milyard kubmetrə yaxın qaz (1.8 milyon ton, azalma 4%) idxal edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər