10 C
Baku
Wednesday, December 11, 2024

Gürcüstana ixrac edilən qazın həcmi 51% artıb – SOCAR

2022-ci ilin yanvar-mart aylarında SOCAR tərəfindən dünya bazarına 4.1 mln. tona yaxın xam neft, Gürcüstan bazarına isə 770 mln. kubmetr təbii qaz ixrac olunub.

Banker.az SOCAR-a istinadən xəbər verir ki, Gürcüstana ixrac edilən qazın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 50.6% artıb. Qeyd edək ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən nefti də ixrac edir. Ümumilikdə isə ölkə üzrə 6.7 mln. tona yaxın neft, 5.9 mlrd. kub metr qaz ixrac edilib. Ölkə üzrə qaz ixracında ötən ilin analoji dövrü ilə müqayisədə 14.7% artım qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər