12 C
Baku
Wednesday, April 24, 2024

Gürcüstana səfər edən xarici biznesmenlər ödənişli karantinə alınacaqlar

Gürcüstana səfər edəcək əcnəbi iş adamları üçün karantin və koronavirusla bağlı testdən keçirilmə ödənişli olacaq.

Bu barədə ölkənin İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natia Turnava “İmedi” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, biznesmenlərə seçim imkanı veriləcək: “Onlara ya ödənişli ikihəftəlik karantin, ya da mütəmadi olaraq testdən keçirilmə təklif olunacaq. Hər iki halda əcnəbi vətəndaşlar xərcləri öz hesablarına ödəməli olacaqlar”.

Karantin xidmətlərinin dəyərinə gəlincə, N.Turnava məbləğin çox böyük olmadığını deyib.

Nazir qeyd edib ki, Gürcüstan bu qaydaları vətəndaşlarının sağlamlığını qorumaq və investorlarla kommunikasiyanın pozulmaması məqsədl ilə tətbiq edəcək.

Qeyd edək ki, Gürcüstan əcnəbilər üçün sərhədlərini martın 18-dən bağlayıb. Qonşu ölkədə xaricdən təxliyə olunan vətəndaşlar dövlət hesabına ikihəftəlik karantinə götürülür.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər