Gürcüstanın Bolnisi rayonunun Geta (Aşağı Güləver) kəndində sərt karantin rejiminin bu həftəsonu götürülməsi nəzərdə tutulub.
Bu barədə rayon bələdiyyəsindən bildirilib.
Kənddə koronavirusa son yoluxma halı mayın 16-da qeydə alınıb. Artıq Getada sərt karantin rejiminin ləğvi ilə bağlı hazırlıq işlərinə başlanılıb.
Qeyd edək ki, indiyədək Bolnisi üzrə COVID-19-a 186 nəfər yoluxub. Onların 114-ü sağalıb, 4-ü isə vəfat edib.