-1 C
Baku
Sunday, December 15, 2024

Gürcüstanda bəzi qida məhsulları bahalaşıb

Ötən ay Gürcüstanda istehlak qiymətləri indeksi aylıq müqayisədə 0,02% azalıb.

Bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik inflyasiya isə 4,8%-ə bərabər olub.

Avqustda ərzaq və alkoqolsuz içkilər qrupunda qiymətlər 0,5% azalıb. Meyvə və üzüm 10,6%, tərəvəz 2,8%, qəhvə, çay və kakaonun qiyməti 0,7% azalıb. Süd, pendir və yumurta isə 2,2% bahalaşıb.

İllik inflyasiyaya gəlincə, qida məhsulları və alkoqolsuz içkilərin qiymətində 9,2%, alkoqollu içkilər və tütünün qiymətində isə 8,9% artım qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər