19 C
Baku
Sunday, May 12, 2024

Gürcüstanda banka silahlı hücum olub, girov götürülənlər var – Yenilənib

Gürcüstanın Kutaisi şəhərində silahlı bir şəxs banka hücum edib.

Bu barədə məlumatı “Mtavari arxi” telekanalı yayıb.

O, bankda olan şəxsləri girov götürüb. Girovların dəqiq sayı hələ ki açıqlanmayıb.

Bununla belə, hücumun məhz hansı banka edildiyi də qeyd olunmayıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində əməliyyat keçirir.

***

Gürcüstan Daxili İşlər Nazirliyi “Gürcüstan Bankı”nda 12 nəfərin girov götürüldüyünü açıqlayıb.

“Hüquq-mühafizə orqanları onların sürətli və təhlükəsiz azad edilməsi üçün bütün lazımi tədbirləri görürlər”, – məlumatda deyilir.

Soyğuncu üç saat ərzində ona 2 milyon dolların verilməsini istəyir.

İlkin ehtimala görə, cinayətkar bank filialında partlayıcı qurğu quraşdırıb.

***

Cinayətkar yeni tələblər irəli sürüb.

İndi o, 2 milyon dollarla yanaşı, helikopter, tilov və Rusiya bayrağı istəyir.

MənbəQafqazinfo
Son xəbərlər
 ⁠
Digər xəbərlər