Gürcüstanda dollarla kredit götürənlər milli valyutada qaytaracaqlar

Gürcüstan hökuməti Milli Bankla birgə lariləşmə planı hazırlayıb.

Banker.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstan baş naziri Georgi Kvirikaşvili bəyan edib.

O bildirib ki, 2015-ci ilin yanvarınadək dollarla kredit götürən vətəndaşlar kreditlərini lariyə çevirə biləcəklər.

Baş nazir həmçinin qeyd edib ki, vaxtından öncə kredit borclarını ödəyənlər faizlərdən azad olunacaqlar.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər