15 C
Baku
Saturday, April 20, 2024

Gürcüstanda elektromobillərin istehsalı təxirə salınıb

Gürcüstanın Kutaisi şəhərində elektromobillərin istehsalı üzrə zavodun inşası pandemiya səbəbindən təxirə salınıb.

Müəssisə üçün ötən ilin payızında Çindən alınan istehsal xətti və texnoloji avadanlıqlar Gürcüstana bu günlərdə çatdırılıb.

COVID-19 pandemiyası həmçinin Çində yanvar-fevral aylarında gürcüstanlı kadrların hazırlanması planlarına da mane olub.

Regionda ilk belə zavodun tikinti müddəti yenidən nəzərdən keçiriləcək.

Qeyd edək ki, Gürcüstan hökuməti zavodun tikintisini 2019-cu ilin yazında elan edib. O zaman inşa işlərinin 24 ay ərzində başa çatdırılmasına dair Çinin “Changan Automobile” konsorsiumu ilə razılıq əldə olunmuşdu.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər