8 C
Baku
Friday, March 29, 2024

Gürcüstanda istehsal olunacaq elektrik avtobuslar Azərbaycana ixrac oluna bilər

Avropa İnvestisiya Bankı (AİB) Gürcüstanda elektrik avtobusların istehsalını maliyyələşdirməyi planlaşdırır.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə bankın vitse-prezidenti Vazil Hudak deyib.

O bildirib ki, Tbilisidə ictimai nəqliyyatın yenilənməsi, marşrut taksilərinin və avtobusların elektrik avtobuslar da daxil olmaqla yeniləri ilə əvəzlənməsi yalnız idxal hesabına olmamalıdır: “Bu, həmçinin Gürcüstanda elektrik avtobusların istehsalı hesabına da mümkün ola bilər”.

AİB rəsmisinin sözlərinə görə, gələcəkdə Gürcüstanda istehsal olunacaq elektrik avtobuslar Azərbaycan, Ermənistan və İran da daxil olmaqla qonşu ölkələrə ixrac oluna bilər.

Bank Gürcüstanda ictimai nəqliyyatın yenilənməsinə 100 mln. avroya yaxın məbləğdə vəsait ayırmaq niyyətindədir. Məbləğin bir hissəsi Tbilisi metrosunun yenilənməsinə yönəldiləcək.

V.Hudak qeyd edib ki, ictimai nəqliyyatın yenilənməsi ilə bağlı planlar Gürcüstanın baş naziri və digər rəsmi şəxslərlə müzakirə olunub.

Son xəbərlər
Digər xəbərlər