Gürcüstanda koronavirusa ilk yoluxan 50 yaşlı azərbaycanlı tam sağalıb.
Bunu Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya bildirib.
O deyib ki, pasiyentlə bağlı aparılan təkrar testin cavabı mənfi olub.
Tibbi direktor qeyd edib ki, koronavirusa yoluxan digər pasiyent də sağalmaq üzrədir. “Bu gün təkrar test aparılacaq və cavab mənfi olsa, bizim koronavirusdan sağalan ikinci pasiyentimiz olacaq”.
Qeyd edək ki, bu günə qədər Gürcüstanda koronavirusa 33 yoluxma halı təsdiqlənib. Karantində 637, stasionar nəzarətdə isə 54 nəfər saxlanılır.
©Report