Gürcüstanın baş naziri Giorgi Qaxaria ölkənin dövlət və özəl müəssisələrinə müraciət edib.
Hökumət başçısı işəgötürənləri işçiləri imkan daxilində distant iş rejiminə keçirməyə çağırıb.
G.Qaxaria bildirib ki, mümkün olan yerlərdə məsafədən işləmək imkanları yaradılmalıdır: “Bu tövsiyədir. Biz əməkdaşların qayğısına qalmalı və onların sağlamlıqlarını qorumalıyıq”.