Gürcüstanda 2023-cü ildə əhalinin gəlirləri xərcləri üstələyib.
Bu barədə Gürcüstan Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bir ailənin orta aylıq gəliri 18,4% artaraq 1 722 lari (633 dollar), xərcləri isə 16,7% artaraq 1 649 lari (606 dollar) təşkil edib.
Bir nəfərin orta aylıq gəliri 20,5% artaraq 521 lari (190 dollar), xərcləri isə 18,7% artaraq 499 lari (183 dollar) təşkil edib.