Gürcüstanda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq məqsədilə bu il oktyabrın 1-dən etibarən qalınlığı 15 mikrondan az olan polietilen torbaların istehsalı və satışı qadağan olunub.
“İnterfaks”a istinadən, 2019-cu il aprelin 1-dən etibarən Gürcüstanda istənilən növ polietilen torbalar qadağan ediləcək.
Ölkə ərazisində yalnız Gürcüstanda müəyyən edilmiş standartlara uyğun torbalar istehsal edilməli və satılmalıdır.
Polietilen paketlərdən istifadə qlobal miqyaslı problemdir. Bir çox ölkələrdə, o cümlədən Gürcüstanda plastik qabların istehsalının xeyli artması ciddi problemlər yaradır.