15 C
Baku
Friday, April 26, 2024

Gürcüstanda qadın baş nazir olacaq – FOTO

Yaxın gələcəkdə Gürcüstan hökumətində kadr dəyişikliklərinin həyata keçirilməsi planlaşdırılır.

Report agentliyi xəbər verir ki, bu barədə “Front News International” nəşri məlumat yayıb. 

Qeyd olunub ki, Regional İnkişaf və İnfrastruktur naziri Maya Tskitişvili Baş nazir, Daxili İşlər naziri isə hazırda Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin müavini olan Aleko Tabatadze olacaq .

f768f4cb 94d1 4eed b4df c1be4d3969b7

Regional İnkişaf və İnfrastruktur naziri Maya Tskitişvili 

Milli Təhlükəsizlik naziri postu isə hazırda Daxili İşlər naziri olan Georgi Qaxariyaya tapşırılacaq. Dəyişikliklərlə bağlı qərar hakim partiyanın bir neçə saat əvvəl qapalı keçirdiyi iclasda qəbul olunub. 

47dfd08a fa6b 4938 aa23 71e7f532a793

Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin müavini Aleko Tabatadze

Qeyd edək ki, Mamuka Baxtadze 2018-ci ilin iyunundan Baş nazir vəzifəsini icra edir. O, bu vəzifədə Georgi Kvirikaşvilini əvəz edib. Georgi Qaxariya isə 2017-ci ilin noyabrında Daxili İşlər naziri vəzifəsinə təyin olunub. 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər