6 C
Baku
Saturday, December 14, 2024

Gürcüstanda Rusiya vətəndaşlarının ev alması qadağan edilə bilər

Gürcüstan parlamentində Rusiya vətəndaşlarının daşınmaz əmlak almaq hüququnu məhdudlaşdıran qanun layihəsi təşəbbüsü irəli sürülüb.

Layihə Gürcüstanda yaşayış icazəsi olmayan Rusiya vətəndaşlarının 31 dekabr 2024-cü ilədək daşınmaz əmlak almaq, hədiyyə kimi əldə etmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutulur.

Müxalif deputatlar Roman Qoçiridze və Xatia Dekonaidze tərəfindən hazırlanmış qanun layihəsinin nəzərdə tutduğu məhdudiyyətin daşınmaz əmlakı miras şəklinə əldə edən şəxslərə aid edilməyəcəyi bildirilib.

Qanun layihəsinin müəllifləri məqsədin Gürcüstan vətəndaşlarını qiymət artımından qorumaq, həmçinin təhlükəsizlik problemləri ilə əlaqəli olduğunu bildiriblər.

Deputatlar Gürcüstana təxminən 120 min Rusiya vətəndaşının daxil olduğunu və onların intensiv şəkildə daşınmaz əmlak aldığını bildiriblər. Qeyd olunub ki, 2022-ci ildə təxminən hər beş mənzildən biri xarici vətəndaşlara satılıb. Ötən il 4 520 Rusiya vətəndaşı tərəfindən 6 062 mənzil alınıb və analoji trend bu ilin birinci rübündə də müşahidə edilib.

Əlavə olunub ki, Rusiya vətəndaşları tərəfindən mənzillərin bu cür intensiv şəkildə alınması mənzil bazarında nəzərəçarpan qiymət artımına səbəb olub, bu səbəbdən Gürcüstan vətəndaşlarının ev alması və kirayələməsi çətinləşib.

Son xəbərlər
Digər xəbərlər