9 C
Baku
Friday, December 13, 2024

Gürcüstanda “yaşıl pasportlar” sistemi işə salınıb

Çərşənbə günü Gürcüstanda “yaşıl pasportlar” – ictimai yerlərə getmək üçün tələb olunan xüsusi sertifikatlar fəaliyyətə başlayıb.

Banker.az xəbər verir ki, müvafiq qərar noyabrın 8-də Respublikanın Baş Naziri yanında Koronavirusla Mübarizə üzrə İdarələrarası Əlaqələndirmə Şurası tərəfindən qəbul edilib.

Bu sertifikat olmadan Gürcüstan vətəndaşları və əcnəbilər restoran və kafelərə, kinoteatrlara, teatrlara, muzeylərə, konsert salonlarına, əyləncə mərkəzlərinə, idman obyektlərinə, kazinolara, spa mərkəzlərinə, fitnes salonlarına, otellərə və qış istirahət mərkəzlərində kanat yollarına gedə bilməyəcəklər. İctimai nəqliyyatda “yaşıl pasportlar”ın təqdim edilməsi hələki tələb olunmur.

“Yaşıl pasport” əldə etmək üçün smartfona xüsusi proqram yükləmək, qeydiyyatdan keçmək və QR kodu almaq lazımdır. Hər hansı səbəbdən tətbiqi quraşdıra bilməyənlər Ədliyyə Evində “yaşıl pasport” ala bilərlər. Noyabrın 15-də Gürcüstanın bu sertifikatları Avropa Komissiyası tərəfindən tanınıb.

Xatırladaq ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı 26 fevral 2020-ci ildə qeydə alınıb. İndiyədək ölkədə infeksiyanın yayılmasının bir neçə dalğası keçib. Pandemiya zamanı Gürcüstanda 845 643 yoluxma (əhalinin 22,68%-i) aşkar edilib, 12 054 xəstə xəstəliyin fəsadlarından dünyasını dəyişib.

Ölkədə vaksinasiya üçün “Pfizer”, “Sinopharm” və “Sinovac Biotech” preparatlarından istifadə olunur. Son məlumata görə, Gürcüstanın 998 613 (26.78%) vətəndaşı iki doza peyvənd vurdurub.

Son xəbərlər
Digər xəbərlər