Gürcüstan parlamentinin bugünkü plenar iclasında Arçil Talakvadze spiker seçilib.
“Report” Agentliyinin Gürcüstan bürosu xəbər verir ki, onun namizədliyi səs çoxluğu ilə təsdiqlənib.
A.Talakvadzenin lehinə 101 deputatdan 94-ü səs verib.
Parlamentdə təmsil olunan müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarından olan deputatlar səsvermədə iştirak etməyiblər.
Qeyd edək ki, A.Talakvadzenin 36 yaşı var. O, 2016-cı ildən hakim Gürcü Arzusu Partiyasının deputatı və parlament çoxluğunun lideridir. A.Talakvadze 2012-2014-cü illərdə Gürcüstanın penitensiar sistem və probasiya nazirinin müavini, 2014-2016-cı illərdə isə daxili işlər nazirinin müavini vəzifələrində çalışıb.
Qeyd edək ki, Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze iyunun 21-də istefa verib.