7 C
Baku
Thursday, December 12, 2024

Gürcüstandan idxal edilən toxumluq kartofda çürümə aşkarlanıb

“Terabil AZ 22” MMC-nin Gürcüstandan idxal etdiyi toxumluq kartof məhsulunda karantin tətbiq edilən zərərvericilər – kartof yumrularında halqavarı çürümə (Clavibacter michiganensis subsp. sepedonicus) və kartof güvəsi (Phthorimaea operculella Zell.) aşkar edilib.

Banker.az bu barədə Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, istehlaka yararsız məhsul məişət tullantıları poliqonunda məhv edilib.

Son xəbərlər
Digər xəbərlər