10 C
Baku
Wednesday, December 11, 2024

Gürcüstandan mal-qaranın ixracına qoyulan məhdudiyyətlər sərtləşdiriləcək

Gürcüstandan mal-qaranın ixracına tətbiq olunan məhdudiyyətlərin sərtləşdirilməsi planlaşdırılır.

Bununla bağlı Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyi qanun layihəsi hazırlayıb.

Sənədə əsasən, ixrac olunacaq iribuynuzlu mal-qaranın çəkisinin 140 kiloqramdan 200 kiloqrama qədər artırılması nəzərdə tutulub.

Qanun layihəsi ilin sonuna qədər ölkə parlamentinə təqdim olunacaq.

Ətraf mühit və kənd təsərrüfatı nazirinin müavini Giorgi Xanişvili bildirib ki, mal-qara ixracına olan məhdudiyyətlərin sərtləşdirilməsi əsasən daxili bazarda ət çatışmazlığının yaranması ilə bağlıdır: “Son 3-4 ildə Gürcüstandan, təxminən, 500 000 baş mal-qara ixrac olunub. Bu, təbii olaraq ölkədə mal-qaranın sayının azalmasına gətirib çıxarıb”.

Qeyd edək ki, Gürcüstandan mal-qara ixracının artması ölkədə ətin bahalaşmasına səbəb olur. Azərbaycan bu ölkədən diri mal-qara idxal edən əsas ölkələrdən biridir. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan qonşu ölkədən ümumi dəyəri 6 724,7 min dollar olan 4 028 ton diri iribuynuzli mal-qara tədarük edib. 

©Report

Son xəbərlər
Digər xəbərlər