“Gürcüstan hökuməti yaxın zamanlarda ölkənin 10 illik inkişaf planı üzərində işə başlayacaq”.
Bunu baş nazir vəzifəsinə namizəd İrakli Qaribaşvili parlament çoxluğu ilə görüşdə deyib.
Onun sözlərinə görə, plan aralıq qısamüddətli mərhələlərə bölünəcək, ictimai müzakirəyə çıxarılacaq və daha sonra hökumət proqramına çevriləcək.
İ.Qaribaşvili qeyd edib ki, hökumətin qısamüddətli vəzifələri koronavirusa qarşı vaksinasiya və ağır iqtisadi məsələlərin həllidir.