Gürcüstanın Azərbaycana borcu dəyişməyib

Bu ilin oktyabr ayında Gürcüstanın Azərbaycana borcu dəyişməyərək noyabrın 1-nə 5,685 milyon ABŞ dolları təşkil edib.

Bu barədə ölkənin Maliyyə Nazirliyinin hesabatında bildirilir.

Sənədə əsasən, oktyabrın sonuna Gürcüstanın ümumi xarici dövlət borcu 7 milyard ABŞ dolları olub. Bunun 6,7 milyard ABŞ dolları hökumətin payına düşür.

Ötən ay Gürcüstanın digər qonşuları – Türkiyə, Rusiya və Ermənistana da borcu dəyişməyərək müvafiq olaraq 10,959 milyon ABŞ dolları, 43,134 milyon ABŞ dolları və 5,954 milyon ABŞ dolları qalıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər