Hazırda Gürcüstanın ümumi xarici dövlət borcu 8 milyard dollardan çoxdur.
Banker.az xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayıb.
Ölkəmizin, Türkiyə, Rusiya və Ermənistana olan borcu aylıq müqayisədə azalıb.
Gürcüstanın aşağdakı ölkələrə olan borcu belədir:
- Türkiyə – 8.529 milyon ABŞ dolları
- Rusiya – 31.57 milyon ABŞ dolları
- Azərbaycan – 4.4 milyon ABŞ dolları
- Ermənistan – 4.21 milyon ABŞ dolları
Qeyd edək ki, ölkənin 8 milyard dollar olan ümumi xarici borcunun 7,5 milyard dolları hökumətin payına düşür.