Bu ilin ilk 7 ayında Gürcüstan Azərbaycandan 277,8 milyon ABŞ dolları dəyərində məhsul idxalı həyata keçirib.
Bu barədə Gütcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.
Qonşu ölkə Azərbaycan məhsullarının idxalını illik müqayisədə 16,9% azaldıb.
Yanvar-iyulda Azərbaycan Gürcüstanın ümumi idxalındakı payı 6,5%-ə bərabər olub. Bu göstərici ilə Azərbaycan qonşu ölkənin Türkiyə, Rusiya və Çindən sonra dördüncü əsas idxal tərəfdaşı olub